Şəkərli diabet hər yaşda görülə bilən, maliyyəti yüksək, ağırlaşmalara səbəb olmaqla erkən ölümlərin, əlilliyin başlıca səbəbi kimi aktual, tibbi-sosial əhəmiyyətli geniş yayılmış qeyri-infeksion xroniki xəstəlikdir. Şəkərli diabet və ya şəkər xəstəliyi mədəaltı vəzin ifraz etdiyi insulin hormonunun çatışmazlığı, yaxud təsirinin qeyri-kafi olması nəticəsində yaranan xroniki hiperqlikemiya vəziyyəti ilə əlaqədar zülal, yağ və karbohidrat mübadiləsinin pozulmasıyla müşayiət olunan polietioloji metabolik xəstəliklər qrupudur. Statistik məlumatlara görə, dünyada 230 milyondan çox xəstə şəkərli diabetdən əziyyət çəkir. Rəsmi statistikaya əsasən ölkəmizdə 200 min nəfərdən artıq şəkərli diabet xəstəsi qeydə alınıb.
Şəkərli diabet həyat boyu davam edən xəstəlikdir. İnsulin çatışmazlığı və ya rezistentlik olduqda qidalarla əldə edilən qlükoza hüceyrələrə daxil ola bilmir. Ona görə də qanda şəkərin miqdarı artır və hiperqlikemik vəziyyət yaranır. Xroniki hiperqlikemiya orqanizm üçün toksikidir və bir çox orqanların, xüsusən ürək-damar, sinir sistemi, böyrəklər və gözün funksiyasının pozulmasına gətirib çıxarır. Tibbi praktikada xəstəliyin etiologiyası bir çox amillərdən asılıdır: xüsusən insulindən asılı olmayan tiplərdə daha çox irsi meyillilik ön plandadır. Stress, uzunmüddətli əsəb gərginliyi, oturaq həyat tərzi, artıq çəki və karbohidratlarla zəngin qidalanma, yaş və s. səbəblər də xəstəliyin yaranmasına səbəb ola bilər.
Diabetin tipləri
Diabetin əlamətləri
Susuzluq hissi və ağız quruması, tez-tez sidiyə çıxma, yorğunluq, halsızlıq hissi, iştahanın artması, səbəbi bilinməyən çəki itkisi, bulanıq görmə, çətin sağalan yaralar, ayaqlarda ağırlıq, keyimə hissi, seksual sferada bəzi problemlərin olması və s. diabetin əlamətləri sayılır. Şəkərli diabetin heç bir əlaməti olmaya da bilər və bəzən diabet təsadüfi müayinələr zamanı aşkar edilir. 1-ci tip diabetli xəstələrdə əlamətlər şiddətli və birdən-birə başlayır, bəzən koma halına düşdükdən sonra onların xəstəlikləri məlum olur. II tip diabetdə şikayətlər daha az olur və xəstəliyin başlanğıcı zəif gedişli olur. Ona görə də 2-ci tip diabetin diaqnozu gec qoyulur. Gizli diabeti və ya pozulmuş qlükoza toleransı olanlarda yeməkdən əvvəl əsmə, tərləmə və ürəkdöyünmə kimi şikayətlər ola bilər.
Şəkərli diabet xəstəliyinin diaqnozu – Ümumdünya Səhiyyə Təşkilatı, Amerika Diabet Assosiasiyası, Beynəlxalq Diabet Federasiyası kimi dünyada qəbul olunmuş qurumlarm təklif etdiyi normalara əsasən qoyulur. Bunun üçün təkcə qan nümunəsi kifayət etdiyi halda bəzən xüsusi analizlərə ehtiyac yaramr. Məsələn, qlikohemoqlobin, c-peptid, toxluq qan şəkəri, qlükozaya tolerantlıq testi və s. Qəbul olunmuş normalara əsasən qan şəkəri acqarına venadan götürülmüş qan plazmasmda 126 mq/dl və ya yeməkdən 2 saat sonra klinikada apardan qlükozaya qarşı tolerantlıq testi zamanı hər hansı saatda qan şəkəri 200 mq/dl və ya daha yüksəkdirsə, şəkərli diabet xəstəliyi təsdiq olunur. Adekvat müalicə aparmaq üçün xəstələrin qarm boşluğu orqanlarınm ultrasonoqrafiyası, xüsusən, mədəaltı vəz və qalxanabənzər vəzin müayinəsi, ürək, göz müayinələri, böyrək testləri aparılmalı, tam diaqnoz və yanaşı xəstəliklər dəqiqləşdirildikdən sonra uyğun müalicə seçilməlidir.
Diabetin müalicəsi
Şəkərli diabetin diaqnostika və müalicəsi xüsusi təlimat, konsepsus və klinik protokolllara əsasən aparılır. Optimal qlikemik nəzarət, yəni qan şəkərini normal həddə saxlamaq şəkərli diabetin müalicəsində əsas məqsəddir. Müalicə aparmaqda məqsəd qan şəkərindəki yüksəlmə və azalmaların qarşısım almaq, daha doğrusu, onu tənzimləməkdir. Şəkərli diabeti tam sağaltmaq mümkun olmasa da, optimal qlikemik nəzarəti əldə saxlamaq, uyğun dərmanlar, idman və pəhriz vasitəsilə xəstəliklə əlaqədar ağırlaşmalarm qarşısı almaq olar. Diabetin müalicəsi düzgün aparılmadıqda xəstələrdə gec-tez ürək-damar, göz, böyrək və sinir sistemində ağırlaşmalar yaranır. Həmin vəziyyətlərdə digər sahə mütəxəssislərinin yanaşı xəstəliklər üçün apardığı müalicə də qənaətbəxş olmur. Hər diabet xəstəsinin qlükometr dediyimiz şəkəri qanda express təyin edən keyfiyyətli aləti olmalıdır. Qan şəkərini xəstəliyin tip və ağırlığmdan asılı olaraq həkimin müəyyən etdiyi qaydada ölçərək qeydlər aparmaq lazımdır.
Xəstələrə əsasən qan şəkərini sxemlə gün ərzində səhər, günorta və axşam – ana yeməkdən qabaq (təxminən saat 8:00, 13:00 və 19:00-da), yeməklərdən 2 saat sonra, ayda bir dəfə gecə saat 03:00-də ölçməyi məsləhət görülür. Həmin qeydlərə əsasən müalicədə dəyişiklik aparılır və məsləhətlər verilir. Şəkərli diabetin müalicəsində bir-birinə bağlı üç ana sütun var: pəhriz müalicəsi – həyatda şəkər xəstəliyi qədər dieta ilə sıx əlaqədar olan ikinci xəstəlik yoxdur. Mütləq şəkər xəstələrinə uyğun dieta təyin edilərək təlimatlandırılmalıdır. Xəstə pəhriz gözləmədikdə aparılan heç bir müalicə qənaətbəxş nəticə verə bilməz. Pəhriz xəstənin çəkisi və bədən kütlə indeksi nəzərə almmaqla aparılmahdır. Ümumiyyətlə, insulin alan xəstələr mütləq sutka ərzində altı dəfə – 3 ana və 3 ara öyün olmaqla qidalanmalıdırlar. Diabet xəstəsinin uzunmüddət ac qalması yolverilməzdir.
Diabet xəstələri tərəfimizdən protokola uyğun olaraq araşdırılır, tam müayinə edilib, lazım olacaq labarator-instrumental analizlərdən keçərək diaqnoz dəqiqləşdirilərək uyğun müalicə planı seçilir. Xəstələr göz müayinəsi, kardioloqun baxışı, ultrasonaqrafiya, ayaq baxışı olunmaqla gözlənilən fəsadlardan qorunmaq üçün tam dəqiq və hərtərəfli araşdırılır. Xəstəyə individual olaraq müalicə planı seçilir, pəhriz, diabet təlimi verilir. Həmçinin təşkil olunan diabet dərslərində ümumi və interaktiv şəkildə onlara diabet hər yönü ilə izah olunur, əyani vasitələr və video materiallardan istifadə olunur, onların maariflənməsi üçün materiallar və s. verilir. Məqsədimiz diabetli xəstələri dünya standartlarına uyğun müalicə etmək, onların aktiv və sağlam həyat sürmələrinə nail olmaq, risk qrupunda olan pasientlərə isə vaxtında monitorinq edərək diabeti önləməkdir.