İkincili endokrin funksional pozğunluqlar – hiperinsulinizm, qlükoza intoleransı, şəkərli diabet, amenoreya, menstrual pozğunluqlar, kişilərdə impotensiya və ginekomastiyalar baş verir.Autoimmun endokrin sindromlar araşdırılmalı hiperparatiriodizm (MEN-1), pankreas tümörləri, nadir hallarda şəkərsiz diabet(diabetus insipidus)da ola biləcəyindən problemə poliendokrin patologiya kimi baxmaq lazımdır. Əsas ağirlaşmaları kardiovaskulyar (ürək çatmamazlığı) və kolon kanserləridir.Ölüm səbəbi əsasən kardiomeqaliya və ürək çatmamazlığıdır.Akromeqaliya qəflətən deyil, uzun müddət ərzində yaranan dəyişikliklərə səbəb olan xəstəlikdir.Ona görə əsasən gec aşkara çıxır.Ən çox rast gəlinən klinik əlamətləri sistemləşdirsək bunlar aşağıdakılardır:
Sümük və dəri dəyişiklikləri. Əl və ayaqlarda böyümə
Dərinin kobud və yağlı görünüşü
Mülayim hirsutizm
Tər vəzilərində hiperfunksiya səbəbindən tərləmənin artması
Oynaqlarda ağrı, hərəkət məhdudluğu.
Baş və üzvlərdəki dəyişikliklər:
- Üz xətlərində kobudlaşma
- Periorbital(göz ətrafı) ödemlər
- Alt çənənin böyüməsi nəticəsində çeynəmədə narahatçılıq
- Dildə böyümə(makroqlossiya)
- Vokal kordlar qalınlaşır,səs xırıltılı olur. Tipik səs, akromeqaliya nitqi olur, sanki səs burun-udlaqdan çıxır.
- Xoruldama

