Şəkərli diabet

Hər yaşda görülə bilən, ağırlaşmalara səbəb olmaqla erkən ölümlərin və əlilliyin başlıca səbəbi olan xroniki xəstəlikdir.

Şəkərli diabet mədəaltı vəzin ifraz etdiyi insulin hormonunun çatışmazlığı, yaxud təsirinin qeyri-kafi olması nəticəsində yaranan xroniki xəstəlikdir. Qanda şəkərin davamlı yüksək qalması zülal, yağ və karbohidrat mübadiləsini pozur. Dünyada 230 milyondan çox, Azərbaycanda isə rəsmi qeydiyyata görə 200 mindən artıq şəkərli diabet xəstəsi var.

Şəkərli diabet niyə yaranır?

İnsulin çatışmazlığı və ya insulinə qarşı rezistentlik olduqda qidalarla alınan qlükoza hüceyrəyə daxil ola bilmir və qanda toplanır. Uzun müddət davam edən yüksək şəkər orqanizm üçün toksikdir — ilk zərbəni ürək-damar sistemi, sinirlər, böyrəklər və gözlər alır.

Xəstəliyin yaranmasında irsi meyillilik, artıq çəki, oturaq həyat tərzi, karbohidratlarla zəngin qidalanma, uzunmüddətli stress və yaş amili rol oynayır.

Müalicənin məqsədi nədir?

Şəkərli diabeti tam sağaltmaq mümkün deyil, lakin qan şəkərini normal həddə saxlamaqla — düzgün dərman, pəhriz və fiziki aktivliklə — ağırlaşmaların qarşısını almaq olar. Müalicə beynəlxalq klinik protokollara əsasən aparılır.

Nəzarət düzgün aparılmadıqda ürək-damar, göz, böyrək və sinir sistemi ağırlaşmaları gec-tez ortaya çıxır. Hər diabet xəstəsinin evində keyfiyyətli qlükometri olmalıdır.

Tipləri

Şəkərli diabetin tipləri

1-ci tip

İnsulinin mütləq çatışmazlığı. Əsasən uşaq və gənc yaşlarda başlayır, daimi insulin müalicəsi tələb edir.

2-ci tip

İnsulin istehsal olunur, lakin kifayət etmir və ya orqanizm ondan lazımınca istifadə edə bilmir. Daha çox 40 yaşdan yuxarı və artıq çəkili şəxslərdə rast gəlinir.

Gestasion diabet

Hamiləlik dövründə yaranır. Risk qrupundakı hamilələrə 24–28-ci həftələrdə şəkər yükləmə testi mütləqdir; sonradan bir qismində 2-ci tip diabet inkişaf edir.

Prediabet

Pozulmuş aclıq qlükozası (IFG) və pozulmuş qlükoza toleransı (IGT).

Nadir və ikincili tiplər

MODY, latent gedişli və yenidoğulmuşların diabeti; akromeqaliya, Kuşinq xəstəliyi, tireotoksikoz kimi endokrin xəstəliklər və mədəaltı vəzin cərrahi çıxarılması nəticəsində yaranan diabet.

Əlamətlər

Nələrə diqqət etmək lazımdır

Susuzluq hissi və ağız quruluğu

Tez-tez sidiyə çıxma

Yorğunluq, halsızlıq

İştahanın artması, səbəbi bilinməyən çəki itkisi

Bulanıq görmə

Çətin sağalan yaralar

Ayaqlarda ağırlıq və keyimə hissi

Cinsi funksiya ilə bağlı problemlər

1-ci tip diabetdə əlamətlər kəskin və qəfil başlayır. 2-ci tipdə isə xəstəlik zəif gedişli olduğundan diaqnoz gec qoyulur — diabet çox vaxt təsadüfi müayinə zamanı aşkarlanır. Heç bir əlamət olmaya da bilər.

Müayinə

Müayinə necə aparılır?

Laborator və instrumental analizlər

Göz müayinəsi

Kardioloq baxışı

Ultrasonoqrafiya

Ayaq müayinəsi

Diaqnoz dəqiqləşdirildikdən sonra fərdi müalicə planı, pəhriz və diabet təlimi verilir. Diabet dərslərində xəstələrə əyani vasitələr və video materiallarla xəstəliyin bütün tərəfləri izah olunur.

Məqalələr

Bu mövzuda
yazılar

Tip 1 və tip 2 şəkərli diabetin fərqləri nədədir?

Şəkərli diabet orqanizmin şəkəri düzgün şəkildə istifadə edə bilməməsi və ya insulin istehsal etməməsi nəticəsində meydana gələn metabolik pozuntudır. Diabetin…

Oxu

Şəkərli və şəkərsiz diabet nə ilə fərqlənirlər?

Diabet orqanizmin düzgün şəkildə insulin istehsal edə bilməməsi və ya insulinin hüceyrələr tərəfindən effektiv şəkildə istifadə edilməməsi nəticəsində meydana…

Oxu

Şəkərli diabet xəstələrində cinsi zəiflik nə ilə bağlıdır?

Şəkərli diabet orqanizmin insulini düzgün şəkildə istehsal edə bilməməsi və ya insulinin bədəndəki hüceyrələr tərəfindən lazımi şəkildə istifadə edilməməsi…

Oxu

Şəkərli diabetin təbii yolla müalicəsi varmı?

Şəkərli diabet dünya miqyasında milyonlarla insana təsir edən xroniki xəstəlikdir. Bu vəziyyət orqanizmin insulin istehsal etməməsi və ya istehsal etdiyi…

Oxu

Şəkərli diabet xəstələri hamiləlik zamanı nələrə diqqət etməlidirlər?

Şəkərli diabet hamiləlik dövründə ciddi risklər yarada və həm ana, həm də körpədə bir sıra sağlamlıq problemlərinə səbəb ola bilər. Bu səbəbdən şəkərli diabeti…

Oxu

Şəkərli diabetdən qaynaqlanan göz problemlərindən necə qoruna bilərəm?

Şəkərli diabet zamanı qanda şəkərin səviyyəsi uzun müddət yüksək olduqda bir sıra orqanlar və toxumalar ciddi görə bilər. Bu orqanlardan biri də gözlərdir…

Oxu

Şəkərli diabetdə doğru bilinən yanlışlar hansılardır?

Şəkərli diabet dünyada milyonlarla insanın həyat tərzinə təsir edən və müxtəlif sağlamlıq problemlərinə səbəb olan ciddi xəstəlikdir. Buna baxmayaraq əksər…

Oxu

Şəkərli diabet xəstəliyinin cərrahi müalicəsi varmı?

Şəkərli diabet bədəndə qlükozanın istifadəsi və ya istehsalının çətinləşməsi nəticəsində inkişaf edən xəstəlikdir. Şəkərli diabetin müalicəsi həyat tərzi…

Oxu

Şəkərli diabet xəstələri necə pəhriz saxlamalıdır?

Şəkərli diabet bədənin qlükoza metabolizmini düzgün şəkildə idarə edə bilməməsi nəticəsində yaranan xəstəlikdir. Bu vəziyyətin idarə edilməsi üçün qida…

Oxu

Şəkərli diabet hamiləlik zamanı hansı riskləri yaradır?

Hamiləlik zamanı şəkərli diabet həm ana, həm də döl üçün ciddi sağlamlıq riskləri yarada bilər. Bu vəziyyət hestasional diabet və ya öncədən mövcud olan diabet…

Oxu

Şəkər xəstəsi oruc tuta bilərmi?

Şəkərli diabeti olan şəxslər üçün oruc tutmaq ciddi sağlamlıq riskləri yarada bilər. Oruc zamanı uzun müddət ac qalmaq, maye qəbulunun azalması və qida qəbulu…

Oxu

Şəkər xəstələri necə qidalanmalıdır?

Şəkərli diabet (diabetes mellitus) metabolik bir xəstəlik olub, qanda qlükoza səviyyəsinin normadan yüksək olması ilə xarakterizə edilir. Xəstəliyin idarə…

Oxu

Qan şəkərini ac, yoxsa toxqarına ölçmək lazımdır?

Qan şəkərinin düzgün ölçülməsi şəkərli diabetin diaqnostikası, müalicəsi və nəzarəti üçün mühüm əhəmiyyət kəsb edir. Qan şəkəri səviyyəsi gün ərzində…

Oxu

Hansı insanlarda şəkərli diabet yaranma riski daha yüksəkdir?

Şəkərli diabet (diabetes mellitus) bütün yaş qruplarında və cinslərdə rast gəlinən metabolik xəstəlikdir. Lakin bəzi insanlarda bu xəstəliyin inkişaf etmə…

Oxu

Hamiləlik diabeti nədir?

Hamiləlik diabeti (gestasional diabet) hamiləlik zamanı ortaya çıxan və adətən doğuşdan sonra da davam edən şəkərli diabet formasıdır. Bu xəstəlik orqanizmin…

Oxu

Diabetik ayaq nədir?

Diabetik ayaq şəkərli diabetin ağırlaşmalarından biri olub periferik sinir sisteminin (diabetik neyropatiya) və qan dövranının pozulması (periferik arteriya…

Oxu

Azyaşlı uşaqlarda şəkərli diabet ola bilərmi?

Şəkərli diabet (diabetes mellitus) azyaşlı uşaqlarda da müşahidə edilə bilən metabolik pozuntudur. Xüsusilə 1-ci tip diabet uşaqlıq və yeniyetməlik dövrlərində…

Oxu

Dr. Hidayət Məmmədzadə

Dr. Hidayət Məmmədzadə

Baku Medical Plaza klinikası, Endokrinologiya şöbəsinin müdiri.

Dr. Hidayət Məmmədzadə — Baku Medical Plaza klinikasının Endokrinologiya şöbəsinin müdiri. 1998-ci ildən həkimdir; endokrinologiya, diabetologiya və pediatrik endokrinologiya üzrə ixtisaslaşıb.

Həkim haqqında ətraflı

Həkimə sual verin və ya qəbula yazılın

Baku Medical PlazaM.Rəfili və R.Behbudov küçələrinin kəsişdiyi 389-cu məhəllə, Nəsimi rayonu, Bakı.