Diabetdən qaynaqlanan retina problemlərim olduğunda nələr edə bilərəm?

Retina problemləri artdıqca, gözdə yeni kiçik damarlar əmələ gəlməyə başlayır. Bu yeni damarlar olduqca zəif və nizamsızdır.

Diabetdən qaynaqlanan retina problemləri necə artar?

Əgər gözünüzlə bağlı problem hiss edirsinizsə, vaxt itirmədən göz həkiminizə müraciət edin.

Diabetdən qaynaqlanan retina problemlərim olduğunda nələr edə bilərəm?

Əvvəla qanda şəkərinizi və qan təzyiqinizi nəzarət altında saxlayın. Göz həkiminiz sizə lazerlə müalicə tövsiyə edə bilər. Lazerlə müalicə zamanı qan sızdıran damarlar yandırılaraq retinaya qansızmanın qarşısı alınır. Lazer müalicələri görmə itkisini yavaşlada bilər. Əgər göz dibinə çox qan sızmışsa və görmə çətinliyi yaşıyırsınızsa, həkiminiz “vitrektomiya” adlandırılan cərrahi müdaxilə tövsiyə edə bilər. Bu əməliyyatla gözünüzün içindəki qan təmizlənərək görmənizin düzəlməsi bərpa oluna bilər.

Şəkərli diabet retinaya necə zərər verir?

Retina zədəsi çox ləng əmələ gəlir. Retinada olan kiçik qan damarları isə çox rahat zədələnə bilər. Qanda şəkərin miqdarı və qan təzyiqinin yüksəlməsi uzun müddət davam edərsə, bu kiçik damarlar zədələnər. Damarlar əvvəllcə şişir və zəifləyir. Bəziləri tıxanır və qan dövranı pozulur. İlkin mərhələdə görmə ilə bağlı bir problem hiss ertməsəniz belə, erkən diaqnoz üçün ildə bir dəfə mütləq göz həkiminizə getməlisiniz.

Diabetdən qaynaqlanan göz dibi zədələnməsinin olub olmadığını necə bilərəm?

Bəzi hallarda heç bir əlamət müşahidə edilmir, amma bəzən də aşağıdakılardan biri, ya da bir neçəsi hiss edilə bilər:

  • – Bulanıq ya ikili görmə;
  • – Yanıb sönən işıqlar ya da rəngsiz nöqtələr;
  • – Tünd rəngli uçuşan nöqtələr;
  • – Bir və ya hər iki gözdə ağrı və təzyiq hissi.
Dr. Hidayət Məmmədzadə

Dr. Hidayət Məmmədzadə

Baku Medical Plaza klinikası, Endokrinologiya şöbəsinin müdiri.

Dr. Hidayət Məmmədzadə — Baku Medical Plaza klinikasının Endokrinologiya şöbəsinin müdiri. 1998-ci ildən həkimdir; endokrinologiya, diabetologiya və pediatrik endokrinologiya üzrə ixtisaslaşıb.

Həkim haqqında ətraflı

Oxumağa davam edin

Bu mövzuda başqa yazılar

Şəkərli diabet

Şəkərli diabetdən qaynaqlanan göz problemlərindən necə qoruna bilərəm?

Şəkərli diabet zamanı qanda şəkərin səviyyəsi uzun müddət yüksək olduqda bir sıra orqanlar və toxumalar ciddi görə bilər. Bu orqanlardan biri də gözlərdir…

Oxu
Şəkərli diabet

Şəkərli diabetdə doğru bilinən yanlışlar hansılardır?

Şəkərli diabet dünyada milyonlarla insanın həyat tərzinə təsir edən və müxtəlif sağlamlıq problemlərinə səbəb olan ciddi xəstəlikdir. Buna baxmayaraq əksər…

Oxu
Şəkərli diabet

Şəkərli diabet xəstəliyinin cərrahi müalicəsi varmı?

Şəkərli diabet bədəndə qlükozanın istifadəsi və ya istehsalının çətinləşməsi nəticəsində inkişaf edən xəstəlikdir. Şəkərli diabetin müalicəsi həyat tərzi…

Oxu